Dünya 

27 yaşlı Pınarı öldürən şəxsin körpə qızı varmış – DƏHŞƏTLİ TƏFƏRRÜATLAR/FOTO (YENİLƏNDİ)

Türkiyənin Muğla vilayətində 27 yaşlı tələbə Pınar Gültekini amansızlıqla qətlə yetirən Cemal Metin Avcının evli olduğu üzə çıxıb.

ARANTV.AZ xəbər verir ki, onun azyaşlı qız övladı da var.

Avcı Muğlanın Akyaka bölgəsində iaşə obyekti sahibidir.

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk məsələ ilə bağlı açıqlama verib. “Twitter”dən paylaşım edən nazir hadisəyə müdaxilə edəcəklərini, qatilin ən ağır cəza alması üçün hüquqi proseslərin yaxın müşahidəçisi olacağını açıqlayıb.

****

15:54

Muğlanın Menteşe rayonunda qətlə yetirilən 27 yaşlı Pınar Gültekinin cinayəti ilə bağlı təfərrüatlar məlum olub.

ARANTV.AZ xəbər verir ki, qətlin şübhəlisi olan Pınarın keçmiş sevgilisi Cemal Metin Avcı gənc qızı meşəlik ərazidə öldürdükdən sonra cəsədini yandırmaq üçün yanacaqdoldurma məntəqəsindən benzin alıb.

Polislər olayın görüntülərindən şübhələnərək şəxsi izləyib və onu saxlayıb. Avcı soğruda cinayəti etiraf edib. Gənc qızın cəsədi meşədə dəmir bidonun içində aşkarlanıb.

“Pınar ilə ayrıldıqdan sonra özümə gələ bilmədim. Yenidən onunla birlikdə olmaq istədim, təklifimi qəbul etmədi. O zaman son olaraq fermada bir axşam yeməyi yemək üçün təkid etdim. Fermaya getdik və yemək yedik. Yenidən birlikdə olmağı təklif etdim. O isə başqasını sevdiyini dedi. Bunu hiss etmişdim. Qısqanclıq krizinə girmişdim. Dalaşdıq və mənə hücum etdi. Əlbəyaxa dalaşarkən öldü. Cəsədi yox etmək istədim. Əvvəl yandırmağa çalışdım. Olmadı, bacarmadım. Sonra bidona qoydum və üzərinə beton tökdüm. Yaxalanacağımı bilirdim. Onu çox sevmişdim. Çarəsiz qaldım. Çox peşanam”, – qətlin törədicisi etirafında deyib.

****

10:28

Türkiyənin Muğla vilayətinin Ula rayonunda dəhşətli cinayətin üstü açılıb.

ARANTV.AZ xəbər verir ki, 5 gündür itkin düşən 27 yaşlı Pınar Gültekinin cansız bədəni tapılıb.

Ən son Akyaka məzarlığı ətrafı və Menşete rayonunda bir ticarət mərkəzində görülən universitet tələbəsinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Meyit tibbi ekspertizaya göndərilib.

Təhlükəsizlik kameralarının görüntüləri araşdırılarkən Pınar Gültekinin ticarət mərkəzində bir nəfərlə oturduğu, daha sonra həmin şəxslə çölə çıxdığı məlum olub.

Həmin şəxs istintaqa cəlb olunub. Gənc qızın hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.

 

Daha çox xəbərlər