Bakının mərkəzində qanlı dava – Xəstəxanaya çatdırıldı
İyulun 20-də Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, A.Naqornıyın kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb.
Yasamal RPİ-də araşdırma aparılır.Publika.az

