Kriminal 

Bakıda dava zamanı bir nəfər bıçaqlandı

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Qeyd olunur ki, 1990-cı il təvəllüdlü Məmmədzadə Vüqar Elman oğlu tanışı ilə əlbəyaxa dava edib.

Dava zamanı V.Məmmədzadə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti stabil ağırdır.APA

Daha çox xəbərlər