Hadisə 

Bakıda 21 yaşlı gənci maşın vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

1999-cu il təvəllüdlü Əliyev Orxan Elxan oğlu metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onu minik maşını vurub. Piyada ətrafların sınıqları diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.APA

Daha çox xəbərlər