Cəmiyyət 

Bu il Azərbaycana 193 ölkədən 2 milyon 200 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

ARANTV.AZ xəbər verir ki, bu ilin 9 ayı ərzində Azərbaycana 193 ölkədən 2 milyon 200 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, gələnlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlardır.

Bu ilin 9 ayı ərzində Azərbaycana gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artıb. Belə ki, yanvar-sentyabr ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 2 milyon 208 min 600 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların 65,3 faizini kişilər, 34,7 faizini isə qadınlar təşkil edib. Gələnlərdən 31,2 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10 faizi Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri və digər ölkərin payına düşür. 9 ay ərzində Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 8,9 faiz artaraq 88 min 900 nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 4,7 faiz artaraq 813 min 700 nəfər olub. Bu müddət ərzində Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla digər Körfəz ölkələrindən  gələnlərin sayında da artım müşahidə edilib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4 faiz, Oman vətəndaşlarının sayı 7,6 faiz artıb. Ümumilikdə Körfəz ölkələrindən Azərbaycana 467 min 800 nəfər gəlib. Ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.

 

Daha çox xəbərlər