Sosial 

Sərt karantin rejimində yazılan cərimələr hissə-hissə ödənilə bilərmi?-AÇIQLAMA

Sərt karnatin rejiminin tədbiq olunduğu bölgələrdə bir çox iş yerləri bağlandığı üçün, xeyli sayda insan işsiz qaldı. Eyni zamanda sərt karantin rejimində Azərbaycan dövləti tərəfindən vətəndaşlarımıza bir çox dəstək və güzəştlər olundu. Bu dəstəklərdən biri də, dövlətimiz tərəfindən işsiz qalan şəxslərə birdəfəlik 190 manatın verilməsi idi. Atılan humanist adımların davamı kimi , yazılan cərimələrə hər hansı güzəşt oluna və ya hissə-hissə ödənilə bilərmi?

Bu barədə deputat Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.Deputat bildirib ki, “Cərimə olunan vətəndaş öz məsuliyyətini başa düşməlidir”:

“Cərimənin ən başlıca mənası və fəlsəfəsi vətəndaşlarımızın sağlamlığını qorunması istiqamətində atılan adımların bir hissəsidir. Yəni çəkindirmək yolu ilə pandemiyanı yayılmasının qarşısını almaqdır. Bunu əsəas səbəbi odur ki, vətəndaşlar cərimə olunmaqdan çəkinsinlər. Onlar bilməlidirlər ki, qoyulan qadağalar bizim sağlamlığımız üçün vacibdir. Bu səbəbdən vətəndaşlarımızdan xahiş edirik ki, qadağalara əməl etsinlər, cərimə olunmasınlar və buna şərait yarada biləcək hərəkətlərdən qaçsınlar”.

Aydın Hüseynov, “Cərimələrin hissə-hissə ödənilməsi və ya hər hansı güzəştlərin oluması ilə bağlı məsələnin Milli Məclisin gündəliyində olmadığını” vurğulayıb:

Artıq Milli Məclisdə cərimələrlə bağlı qanun qəbul olunub. Cərimələrin hissə-hissə ödənilməsi və ya hər hansı güzəştlərin oluması ilə bağlı məsələ Milli Məclisin gündəliyində yoxdur. Dövlətimiz hər zaman vətəndaşın yanında olub. Bu gün isə vətəndaşlar öz sağlamlıqlarını qoruyaraq dövlətin yanıda olmalıdır”.

Daha çox xəbərlər