Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb
Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Məmmədzadə Tərlan Məznun oğlu Xəzər dənizinin Corat sahilində çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

