YAP Bərdə rayon təşkilatının gəncləri “Əsgərə Məktub” lahiyəsinə qoşulublar
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının gəncləri Bərdə regional “ASAN Xidmət” Mərkəzinin həyata keçirdiyi “Əsgərə Məktub” lahiyəsinə qoşulublar. Layihə çərçivəsində gənclər əsgərlərimizə öz ürək sözlərini bildirir və yazdıqları məktubları “Əsgərə Məktub” qutusuna yerləşdirirlər.
Gənclər qeyd edirlər ki, bu gün ordumuzun əsgərləri Vətənimizin keşiyində qəhrəmancasına dayanıblar. Bu faktı Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiqləri. Azərbaycan xalqı ordumuzla, qəhrəman hərbçilərimizlə qürur duyur.

