Güclü külək Şəmkirdə 450 abonenti qazsız qoydu – Fotolar
Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Azəriqaz”ın məlumatında deyilir.
Qeyd edilir ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.


Axşam.az

