Bakıda mənzildən meyit tapıldı
Bakıda mənzildə ölüm hadisəsi baş verib.
ARANTV.AZ-ın xəbərinə görə, hadisə iyulun 29-da Nizami rayonunda, Ş.Mirzəyev küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
Belə ki, həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Oleq Spridonovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.Report

