Baş nazirdən yanğın açıqlaması: Boynumuzun borcudur
Yunanıstanın Baş naziri Aleksis Çipras ölkədə baş verən meşə yanğınlarının məsuliyyətini öz üzərinə götürüb.
ARANTV.AZ xəbər verir ki, yanğın faciəsi səbəbi ilə təşkil edilən kabinet iclası zamanı Nazirlər Kabinetinə səslənən Çipras məsuliyyətdən qaçmayacağını dilə gətirib.
“Ölülər danışmaz, amma onların xatirəsinə hörmət olaraq doğrunu demək boynumuzun borcudur. Yunan xalqı və kabinet önündə bu faciənin siyasi məsuliyyətini öz üzərimə götürdüyümü bildirmək istəyirəm”.
Qeyd edək ki, Yunanıstanın paytaxtı Afina şəhərində baş verən yanğınlar nəticəsində ökənkərin sayı 87-yə yüksəlib.axar.az

