Dünya 

Hindistanda bir gündə 50 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Hindistanda ötən gün koronavirusa yoluxma üzrə növbəti dəfə rekord qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 52 123 nəfər virusa yoluxub.

Bu günədək Hindistanda 1 583 792 nəfər koronavirusa yoluxub. Bu göstəriciyə görə Hindistan üçüncü yerdə gedir.

İnfeksiyaya yoluxanların 1 020 582 nəfəri sağalıb, 34 968 nəfər virusun qurbanı olub.

Daha çox xəbərlər