Siyasət 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklik olunur

ARANTV.AZ xəbər verir ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklik olunur. Dəyişiklik Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirə edilib.

Oktyabrın 18-nin ölkəmizin və xalqımızn tarixinə mühüm, əlamətdar hadisə kimi yazıldığını deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov əvvəlcə müstəqillik günün tarixinə nəzər saldı. Bildirdi ki, bir millətin və ölkənin tarixində müstəqillikdən böyük və qiymətli nemət yoxdur. 27 illik dövlət müstəqilliyimizin 25 ili məhz ulu öndər Heydər Əliyevin və bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Sonra “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 14-cü Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi maddəsinə təklif olunan dəyişiklik barədə məlumat verdi. Dəyişikliyə görə, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatları və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayişi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir. Hazırda isə bu ümumiyyətlə qadağandır. Qanunvericiliyin uyğunlaşdırılması məqsədilə eyni dəyişiklik “Televiziya və radio yayımı”, “İctimai televiziya və radio yayımı”, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna da təklif edilir. Müzakirələr zamanı millət vəkilləri dəyişiklikləri məqbul saydılar.

Daha çox xəbərlər