Şou biznes 

Bu aparıcı ARB-dən AYRILDI

Aparıcı İsa Şükürov ARB TV ilə yollarını ayırıb. ARANTV.AZ xəbər verir ki, aparıcı bu barədə “İnstagram” sosial şəbəkədəki səhifəsində status verib. Məşhur aparıcı bu sözləri yazıb: “Bilirsiz ki, ARB TV-də 3 il ən reytinqli verilişlərdən birinin rəhbəri idim. “Show News” mənim yaratdığım bir brenddir. Onun saytı, yarım milyonluq “Instagram” səhifəsi var idi. Bu işi genişləndirərək, televiziya layihəsi də etmişdim. Həftənin 5 günü ölkədə və dünyada baş verən ən son şou xəbərlərini tamaşaçılara çatdırırdıq. Hazırda “Show News”un televiziya layihısini ARB TV-də dayandırmaq qərarına gəldik”. Qeyd edək ki, İsa Şükürov ARB TV-də həftə içi hər gün yayımlanan “Show news” verilişinin layihə rəhbəri və aparıcısı idi.

Daha çox xəbərlər