Dünya 

İranda terror qruplaşmasının başçısı tutuldu

İran hüquq-mühafizə orqanları “Tondar” terror qruplaşmasının başçısını həbs edib.

ARANTV.AZ  xəbər verir ki, saxlanan şəxs “Tondar” qruplaşmasının rəhbəri Cəmşid Şarmahdedir.

İran tərəfi iddia edir ki, qruplaşmaya ABŞ dəstək verir.Məlumatda qeyd olunur ki, qruplaşma 2008-ci ildə Şirazda məsciddə 10 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə təqsirli bilinir.

Təşkilatın İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.  Unikal.org

Daha çox xəbərlər