Yaxın Şərq mediasında 18 Oktyabr Azərbaycanın Dövlət müstəqilliyi günü ilə əlaqədar yazılar dərc olunub
ARANTV.AZ xəbər verir ki, Yaxın Şərq mediasında 18 Oktyabr Azərbaycanın Dövlət müstəqilliyi gününə dair yazılar dərc olunub. Səudiyə Ərəbistanının “Ər-Riyad” və “Okaz” qəzetləri 27 il əvvəl xalqımızın istiqlaliyət uğrunda mübarizəsilə bağlı məlumatları oxucularla paylaşıb. Yazıda qeyd olunur ki, müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyən etdiyi siyasi xətt sayəsində dövlətçilik ənənələrini möhkəmləndirib. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “İttihad” qəzeti də 18 oktyabrın Azərbaycan tarixindəki yeri və rolundan yazıb. Müəllif görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində müasir Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb.

