ARANTV.AZ xəbər verir ki, Yunanıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquq və Siyasi məsələlər üzrə komitəsinin 52-ci iclası keçirilib. Azərbaycan da təmsil olunduğu toplantıda cari məsələlərlə yanaşı, quruma üzv ölkələrdə iqtisadi imkanların genişləndirilməsinə dair müzakirələr aparılıb. Bununla əlaqədar müxtəlif ölkələrin nümayəndə heyətlərinin təklifləri dinlənilib.
Azərbaycan QDİƏT Parlament Məclisinin komitə iclasında təmsil olunub
