Prezidentin köməkçisindən karantinin yumşaldılmasının səbəbləri ilə bağlı AÇIQLAMA
“Əldə etdiyimiz müsbət nəticələr sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması və vətəndaşların qaydalara əməl etməsinə görədir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, virus bizimlə yaşayır:
“Dünya ölkələrinin təcrübəsi də onu göstərir ki, yumşalmaya getdiyi təqdirdə yenidən virusun alovlanması baş verməkdədir. Cənub-şərqi Asiya ölkələrində artıq üçüncü yoluxma halları baş verməkdədir. Avropa İttifaqı ölkələrində yenidən sərhədlərin bağlanması kimi tendensiyalar göz qarşısındadır”.Oxu.Az

