Dünya 

Meksikada ağır yol qəzası: 12 ölü, 20-dən çox yaralı

Meksikada ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Miçoakan ştatının Anqanqeo rayonunda sərnişinlə dolu avtobus yoldan kənara çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır.

İlkin ehtimala əsasən, hadisəyə səbəb əyləc sisteminin işləməməsi olub.

Daha çox xəbərlər