Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Türkiyənin cənub-şərqindəki Malatya vilayətində Rixter cədvəli ilə 5,2 bal gücündə zəlzələ baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri yerin 5,2 kilometr dərinlikdə qeydə alınıb.
Hər hansı bir fəsad və ya itki qeydə alınmasa da, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

