Sosial 

İstifadəyə yararlı olan çimərliklər müəyyənləşib

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çimərliklərdə monitorinqlər keçiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən görə, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zuğulbada, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər