Bütün sosial proqramları icra etməyi düşünürük
“Biz bütün sosial proqramları nəzərdə tutulan qaydada icra etməyi düşünürük”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
O bildirib ki, nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb: “Yəni bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan layihələr yerinə yetiriləcək”.APA

