Hadisə 

Bakıda 32 yaşlı kişi özünü yandırıb

Bakıda intihar hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Kərimov Məcid Asəl oğlu yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Təcilli xəstəxanaya yerləşdirilən yaralını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər