Sosial 

Xasiyyət və düşüncələr dəyişməlidir…

Deyirəm, çox qəribə xasiyyətləri və düşüncələri var. Bilirsiniz kimlərdən danışıram…

Dünənə qədər sosial şəbəkələrdə guya hökumətin onları çimərlikdən məhrum etdiyini deyirdilər, hətta TƏBİB-i də düşmən elan etmişdilər ki, insanları immuniteti gücləndirən D vitamininə həsrət qoyub. Nəhayət ki, insanların istəkləri nəzərə alınaraq çimərliklərə getməyə şərait yaradıldı. Deyildiyi kimi, bundan sonra insanlarımız bolluca D vitamini qəbul edə bilər. Sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləmək lazımdır.

Bəs, indi nə oldu axı, yenə nədən narazısınız? Demirdinizmi, çimərlik açılsın, günəş vannası qəbul edək? Yaxşı, budəfəki dərdiniz nədir? Aylardır “dəniz” sözü dilinizdən, statusunuzdan düşmürdü. Elə birbaşa sizi düşünərək çimərlikləri açdılar, amma indi də lağ edirsiz, ya da deyirsiz ki, çimərlikləri nə edirik? Gərək rayonlara gediş-gəliş açılardı. Yaxşı, görəsən, sabah rayonlara gediş-gəliş açılsa, o zaman nə deyəcəksiniz? Əminəm ki, bundan sonra da deyəcəksiniz ki, isti hava yoxdur, hava soyuqdur, külək əsir, su qızmayacaq. Hətta, bəziləriniz bir qədər də irəli gedib deyəcək ki, hökumət zəhmət çəksin çirmərliyi açdığı kimi havanı da istilətsin, suyu da qızdırsın…

Olmur belə yoldaşlar…

Sizin təhlükəsizliyinizi düşünənlərə qarşı bu qədər laqeyd və qəddar olmayın. Tez-tez beynəlxalq təcrübəni misal gətirirdiniz ki, filan ölkədə bu cürdür, o cürdür. Demirdinizmi? Bu da sizə beynəlxalq təcrübə. Qısa zamanda vətəndaşların çimərliklərə buraxılması üçün hazırlıqlar aparıldı. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradıldı, məlumatlandırıcı lövhələr və dezinfeksiya üçün xüsusi qurğular quraşdırıldı. Bunu qiymətləndirmək, dəyərləndirmək lazımdır.

Yoxsa, “Space tv”də “bir dənə karonni hərəkətini elə”, sonra da “mənə Şəkidə it oynadan deyirlər” deyib bir zamanlar sadə vətəndaşın biabır etdiyi Kamran Həsənli kimisi bu gün çimərliklərin açılışına lağ edir, kütlə alqışı almaq üçün böyük bir işə kölgə salmağa çalışır.

Cəbhəçi, milli şuraçı, onlardan geri qalmayan Kamran Həsənli, Azər Qərib yolu sadəcə kütlə yoludur, bu yolda ciddilik yoxdur, həqiqət də, “it oynadan” söhbəti kimi…

Bəli, bir gün həmin kütlə janqlyorları desələr ki, havanın soyuq olması, günəşin batması, küləyin əsməsi hökumətin işləridir, heç də təəccüblənməyin. Hətta, desələr ki, Operativ Qərargah həftə sonlarında havanın soyuyacağını bildiyi üçün çimərliklərə icazə verib, buna da gülməyin. Çünki, onların xasiyyəti və düşüncələri budur.

Qısacası, xasiyyətinizi və düşüncənizi dəyişin, yoldaşlar. Çünki, çimərliklərin açılması və sms ləğvi yumşalma yolunda ilk addımlardır. İmkan verin ki, növbəti addımlar da atılsın…

Ramil Vəlibəyov,

YAP Sosial media qrupunun rəhbəri

Daha çox xəbərlər