Siyasət 

Prezident İlham Əliyev Şahbaz Muradovu təltif etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Ş.M.Muradovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Daha çox xəbərlər