Dünya 

Belarusda sürücü maşınını etirazçıların üstünə sürdü – FOTO

Belarusun mərkəzi Minskdə prezident seçkilərindən sonra kütləvi etirazlar zamanı fəallar saxlanılanların aparıldığı maşını dayandırmağa çalışıblar.

“Meduza” xəbər verir ki, sürücü sürət götürəndə onlardan biri müqavimət göstərə bilməyib və maşının təkərlərinin altına düşüb.

Etirazçı xəstəxanaya aparılıb, onun vəziyyəti barədə xəbər verilmir.

Daha çox xəbərlər