Salyanda kişi dostunu bıçaqladı
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, rayonun Babacanlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Yaşar Əlniyaz oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Onun içki məclisində dostu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.APA

