Çində aramsız yağıntılar nəticəsində ölənlər var
Çinin cənub-qərbindəki Sıçuan əyalətində aramsız leysan yağışları nəticəsində azı 6 nəfər həlak olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, daha 5 nəfər itkin düşmüş hesab edilir.
Yağıntılar əyalətin bir neçə şəhərində ciddi fəsadlara yol açıb. Çoxlu sayda yaşayış evinə ziyan dəyib.
Dünən başlayan yağış bu gün səhər saatlarınadək davam edib.

