Kriminal 

Salyanda kişi dostunu bıçaqladı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Babacanlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Yaşar Əlniyaz oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun içki məclisində dostu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər