Kriminal 

Bakıda kişi yeyib-içmək məclisində qadına 16 bıçaq vurdu

Bakıda cinayət məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinən Bəhruz Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası avqustun 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul ediblər.

Daha sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B.Adbullayev Z.Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 zərbə vurub.

B.Abdullayevə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Ölkə.Az

Daha çox xəbərlər