Siyasət 

İlham Əliyev Putini təbrik ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ. Əliyev  V. Putini koronavirus infeksiyasından Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, – məlumatda deyilir.

Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb.Unikal.org

Daha çox xəbərlər