QHT Şurasının dəstəyi ilə Beyləqan rayonunda aztəminatlı ailələrə yardımlar göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Pandemiya ilə mübarizəyə ictimai dəstək və sosial cəhətdən yardıma ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini Covid-19 pandemiyası ilə mübarizə üzrə ictimai monitorinq və maarifləndirmə işlərinin həyata keçirilməsi, sosial cəhətdən ehtiyacı olan aztəminatlı ailələrin ərzaq yardımları ilə təmin olunması və psixoloji xidmət işinin aparılması təşkil edir.
Bu məqsədlə layihə komandası tərəfindən ictimai monitorinq və maarifləndirmə işlərinin həyata keçirilməsi ilə bərabər, Beyləqan rayonunda müvafiq dövlət və yerli idarəetmə orqanları ilə məsləhətləşmələr aparılır və icma üzvlərinin müraciətləri əsasında ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi həyata keçirilir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təlimatına uyğun olaraq müvafiq ticarət mərkəzləri ilə danişıqlar aparılmış, ehtiyacı olan ailələr ərzaq kuponları ilə təmin olunacaqdır .
Layihə uğurla davam edir.

