Şabran sakininin avtomobilindən beşbarmaq və bıçaqlar götürülüb
Şabran sakininin avtomobilindən beşbarmaq və bıçaqlar götürülüb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Qədirovun idarə etdiyi “VAZ-2112” markalı avtomobilə baxış zamanı oradan metamfetamin, bir ədəd beşbarmaq və iki ədəd bıçaq aşkar edilərək götürülüb.

