Dünya 

Hindistanda torpaq sürüşməsi: ölənlərin sayı 58-ə çatıb

Hindistanın cənubundakı Kerala əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.

Sürüşmə qurbanlarının əksəriyyəti çay plantasiyalarının işçiləri olub. Bölgədə yağış və güclü dumanda itkin düşənlərin xilasetmə və axtarış işləri davam edir.

Ştatın baş naziri Pinaraya Vijayanın sözlərinə görə, hakimiyyət zərər çəkənlərə yardım göstərib və torpaq sürüşməsi nəticəsində dağılmış yaşayış məntəqələrinin sakinləri üçün müvəqqəti düşərgələr salınıb.

Daha çox xəbərlər