Bakıda XIV əsrdə tikilən məscidin qarşısını zibilliyə çevirdilər – FOTO
Bakıda tarixi abidə baxımsız vəziyyətdədir.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Suraxanı rayonu, Əmircan kəndində yerləşən XIV əsrdə yonulmuş əhəng daşından tikilən məscid baxımsız haldadır.
Əmircan kəndinin adlı-sanlı şəxslərindən olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilən məscidin qarşısı zibillik kimi istifadə olunur.
Oxu.Az

