Siyasət 

Fransa XİN:””Dağlıq Qarabağ Respublikası”nı tanımırıq”

Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı qəbul etmir.

ARANTV.AZ  Report-a istinadən  xəbər verir ki,  bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə “DQR” arasında imzalanan “Dostluq Xartiyasını”-nı qəbul etmir, – deyə XİN-dən əlavə olunub.

Daha çox xəbərlər