Sosial 

“Həmin günün yaşanmamasını istərdim” – Pilotun qardaşı

Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn olunmasından bir il keçir.

“MediaPost” məlumat verir ki, pilotun cənazəsi ötən il avqustun 21-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ötən il iyulun 24-də təlim-məşq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub.

Qardaşının məzarını ziyarət edən Nicat Atakişiyev deyir ki, o günü heç xatırlamaq istəmir və həmin günün həyatında yaşanmamasını istərdi:

“O günü heç xatırlamaq istəmirəm. Həmin günün ümumiyyətlə, heç yaşanmamasını istərdim”.

Qeyd edək ki, pilotun nəşi ötən il avqustun 20-də dənizdən tapılaraq çıxarılıb.

Azadə Yolçu / “MediaPost”

"Həmin günün yaşanmamasını istərdim" – Pilotun qardaşı

"Həmin günün yaşanmamasını istərdim" – Pilotun qardaşı

Daha çox xəbərlər