Dünya 

Hindistanda bir gündə koronavirusa rekord sayda yoluxma olub

Hindistanda bir gündə koronavirusa 69 878 nəfər yoluxub.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu, pandemiya başlayandan sonra ölkədə rekord sayda gündəlik yoluxma göstəricisidir.

İndiyə qədər ölkədə 2 975 701 insan infeksiyaya yoluxub. Sutka ərzinə 945 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 55 794 nəfərə çatıb.

Hindistan ABŞ və Braziliyadan sonra dünyada yoluxma sayına görə, 3-cü yerdə qərarlaşır.

Daha çox xəbərlər