Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində iki “Mercedes” toqquşub.
ARANTV.AZ-ın məlumatına görə, qəza nəticəsində beş nəfər yaralanıb.
Yaralıların hamısı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan üçünün vəziyyəti ağırdır.APA
