Cəmiyyət 

“Bakı Telefon Rabitəsi” yenidən təşkil olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (BTR) yenidən təşkil olunur.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, buna səbəb “Meqa-Telekom” MMC-nin, eləcə də Rabitə qurğularının təmiri və tikintisi idarəsinin və Bakı Avtomat Telefon Qovşağının BTR-ə qoşulmasıdır.

Daha çox xəbərlər