Küçə həyatının qurbanları olan uşaqların son “ümid yeri” – VİDEOREPORTAJ
Nigar Mənsimova 1997-ci ildən küçə həyatının qurbanı olan uşaqları “Ümid sığınacağı”nda bir araya toplayaraq onlara analıq edir.
Bu günə qədər sığınacaqdan altı mindən çox uşağın yolu keçib.
Əvvəllər Nigar xanım öz həyat yoldaşı ilə küçələri gəzərək köməyə möhtac uşaqları tapırdı.
Zamanla “Ümid sığınacağı” insanlar arasında o qədər məşhurlaşır ki, təəssüfləndirici olsa da buraya gələnlərin sayı bitib-tükənmir.
Ətraflı Baku TV-nin həmin sığınacaqdan hazırladığı videoreportajı təqdim edirik:

