Sosial şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi?
Sosial şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi?
İslam müqəddəslərinin ehtiramını saxlamaq hər kəsə vacibdir. Bunu pozan şəxslər böyük günah qazanırlar və həm dünyada, həm də axirətdə Allahın qəzəbinə gələrlər. Dindar şəxs imkan dairəsində müqədəs dəyərlərin təhqir edilməsinə mane olmalı, əlindən gələn üsulla bunun qarşısını almalıdır. Əlbəttə, bu zaman öz təhlükəsizliyini, şərəf və ləyaqətini qorumaq da vacibdir. Sosial şəbəkələrdə yazılmış təhqirlərə elm və əxlaq çərçivəsində etiraz etmək bəyənilən əməldir. Əgər bunun faydası olmazsa, yaxud təhqirlə və ləyaqətin alçaldılması ilə qurtaracağı bilinərsə, etiraz etmək vəzifəsi insanın boynundan götürülər. Hər bir halda, yazışma zamanı təhqirdən şəkinmək və İslam əxlaqına riayət etmək vacibdir.

