Cəmiyyət 

Yerevan Bakı ilə operativ əlaqə haqqında

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna NaqdalyanAzərbaycan və Ermənistan arasındakı operativ əlaqələr haqqında danışıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Naqdalyanın sözlərinə görə, bu əlaqələr nəinki ictimai bəyanatlar üçündür, bu, həqiqətən, işləyən xətdir.

“Bu əlaqələrin qurulmasına sülh atmosferinin formalaşması və bərkidilməsi baxımından baxmaq lazımdır”, – Ermənistan XİN nümayəndəsi bildirib.

Oktyabrın 18-də Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bildirib ki, Azərbaycanla etibarlı operativ əlaqə qurulub və yarım saat ərzində əldə edilən məlumatlar dövlət başçılarına çatdırılır.

Daha çox xəbərlər