Cəmiyyət 

Həcc ziyarətində faciə – 22 yaşlı qız intihar etdi

Səudiyyə Ərəbistanında qadın zəvvar intihar edib.

ARANTV.AZ  a24.az-a istinadən xəbər verir ki, hadisə Məkkə şəhərində müsəlmanların dini ayinləri yerinə yetirdiyi an baş verib. Belə ki, müqəddəs Kəbə evində ümrə ziyarəti zamanı Tacikistan vətəndaşı olan 22 yaşlı qız gecələdiyi otelə gəlib.

O, özünü otelin 13-cü mərtəbəsindən ataraq öldürüb.

Araşdırmalar zamanı mərhumun psixi xəstə olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər