Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
ARANTV.AZ xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib. Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da Fransanın Sent-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

