Sosial 

Koronavirusdan ölən maliyyəçinin yerinə təyinatlar oldu

“Azərbaycan Sənaye Sığorta” ASC-nin koronavirusdan vəfat edən Direktorlar Şurasının sədri, Türkiyə vətəndaşı Doğan Tandoğanın yerinə təyinat olub.

“Report”un xəbərinə görə, həmin vəzifə şirkətin daxil olduğu “Azərsun Holdinq” MMC-nin əməkdaşı Rafiq Şahverdiyevə həvalə edilib.

Mərhum D.Tandoğan həm də holdinqə məxsus “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.

Bu vəzifəyə isə onun müavini Kənan Orucov təyin edilib.

Daha çox xəbərlər