Sosial 

“Seroloji testlər bölgələrdə də keçiriləcək”

Önümüzdəki günlərdə seroloji testlər bölgələrdə də keçiriləcək.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, testlərin keçirilsə də, nəticələr barədə işin yekununda açıqlama veriləcək:

“Bilirsiniz ki, ümumilikdə 1500 nəfər vətəndaşdan analiz götürülməsi nəzərdə tutulur. Hazırda bu testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılır. Önümüzdəki günlərdə isə digər regionlarda da bu işlər görüləcək”.

Daha çox xəbərlər