Gürcüstan prezidenti Dursun Həsənovla vidalaşdı
Gürcüstan Prezidenti Salomi Zurabişvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla vida görüşü keçirib.
Bu barədə xanım Prezidentin “Twitter” səhifəsində bildirilib.
“Cənab səfir, xalqlarımız arasında ikitərəfli əlaqələrin dərinləşməsindəki xidmətinizə görə sizə təşəkkür edirəm. Gələcək işlərinizdə uğurlar”, – Zurabişvili qeyd edib. //Azvision.az

