AFFA-nın Hakimlər Komitəsinin sədri Türkiyə millisinin oyununa təyin olundu
AFFA-nın Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Qurumun saytı xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 3-də Sivas şəhərində keçiriləcək Türkiyə – Macarıstan oyununun hakim-inspektoru Frits Ştuxlik olacaq.
Qeyd edək ki, bu matç B liqasının 3-cü qrupunun oyunudur.

