İdman 

Azərbaycanın gedə bilmədiyi turnirin keçirilməsi sual altındadır

1-6 sentyabrda Portuqaliyanın Nazare şəhərində keçirilməsi planlaşdırılan çimərlik futbolu üzrə Avroliqanın Superfinalının baş tutması sual altındadır.

Bu barədə TASS-a Rusiya Futbol İttifaqının vitse-prezidenti, Moskva Futbol Federasiyasının prezidenti, çimərlik futbolu üzrə ölkə çempionu Sergey Anoxin deyib:

“Biz bu turnirin olacağına şübhə edirik. Rusiya yığmasının da Avroliqada iştirakı pandemiyadan asılıdır. Beynəlxalq təşkilatlar hələ ki, bu turnirin keçirilib-keçirilməməsi ilə bağlı yekun qərar verməyib”.

Qeyd edək ki, bu yarışda Rusiya, Portuqaliya, İtaliya, İspaniya, İsveçrə, Belarus, Ukrayna, Fransa, Polşa, Almaniya və Türkiyədən başqa, Azərbaycan millisinin də iştirakı nəzərdə tutulurdu. Lakin artıq millimizin bu yarışda iştirak etməyəcəyi dəqiqdir. Komandamız Portuqaliyaya getmək üçün viza almayıb.

Daha çox xəbərlər